Edersonun əvəzinə Dioqo Koşta

Xəbərlər
25 Fevral 2025 21:56
33
Edersonun əvəzinə Dioqo Koşta

"Mançester Siti"nin yayda transfer etmək istədiyi qapıçının adı açıqlanıb.

İdman.biz xəbər verir ki, "şəhərlilər" "Porto"da çıxış edən Dioqo Koşta ilə maraqlanırlar.

Mançester təmsilçisi yayda Edersonla yollarını ayıracaq. Hələ ötən mövsüm sonunda braziliyalı qolkiperin Səudiyyə Ərəbistanına yollanmaq ehtimalı var idi, amma son anda keçid baş tutmamışdı. Uğursuz mövsümdən sonra "Mançester Siti" onunla yollarını ayırmaq qərarına gəlib.

Qeyd edək ki, 25 yaşlı Koştanın "Porto" ilə 2027-ci ilin yayına kimi müqaviləsi var. Onun transfer qiyməti 40 milyon avro dəyərləndirilir.

İdman.biz