"Liverpul"un müdafiəçisi Trent Aleksandr-Arnoldun "Real"la anlaşdığı xəbərləri yayılıb.
İdman.biz xəbər verir ki, İspaniya mətbuatı tərəflər arasındakı ilkin razılaşmanın 4 il olduğunu yazıb.
26 yaşlı futbolçunun yayda Madrid klubuna keçmə ehtimalının yüksək olduğu bildirilib. "Liverpul"un təklifini qəbul etməyən Trent "Real"a keçmək arzusundadır.
Qeyd edək ki, Aleksandr-Arnold bu mövsümdə bütün oyunlarda 35 oyunda 3 qol vurub, 7 ötürmə verib.
İdman.biz