"Bavariya" Yozua Kimmixlə yeni müqavilə bağlamağa çox yaxındır.
İdman.biz xəbər verir ki, klub təcrübəli futbolçuya illik 19-22 milyon avro məvacib təklif etməyə hazırlaşır.
Danışıqlar uğurla yekunlaşarsa mövsümün sonunda başa çatacaq müqavilənin müddəti 3 il artırılacaq. Kimmix "Bavariya"da Haari Keyn və Camal Musialadan ən çox qazanan 3-cü futbolçu olacaq.
Qeyd edək ki, 30 yaşlı 2015/2016 mövsümündən Münhen klubunda çıxış edir. O, cari mövsümdə 36 oyunda 1 qol və 12 ötürmə ilə yadda qalıb.
İdman.biz