İtaliya kubokunda növbəti yarımfinalçı müəyyənləşib.
İdman.biz xəbər verir ki, "İnter" 1/4 finalda "Latsio" ilə qarşılaşıb.
Milanda baş tutan görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Hər hissədə bir qol vuran Simone İnzaginin komandası cütün qalibi olub.
"İnter" yarımfinalda "Milan"a rəqib olub.
İtaliya kuboku
1/4 final
25 fevral
00:00. "İnter" - "Latsio" - 2:0
İdman.biz