"Barselona" - "Atletiko" matçında qol şousu - VİDEO

Xəbərlər
26 Fevral 2025 02:30
55
"Barselona" - "Atletiko" matçında qol şousu - VİDEO

İspaniya kubokunda yarımfinal mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, iki oyundan ibarət mərhələnin ilk matçında "Barselona" "Atletiko"nu qəbul edib.

İlk 6 dəqiqədə iki qol vuran qonaqlar fasiləyə kimi üstünlüyü əldən veriblər. Kataloniyalılar soyunub-geyinmə otağına 3:2 hesablı qələbə ilə yollanıblar. Fasilədən sonra "Barselona" fərqi ikiyə çatdırsa da, bu dəfə "Atletiko" geridönüş edə bilib - 4:4.

Cavab matçı aprelin 2-də olacaq.

İspaniya kuboku
1/4 final, ilk oyun
26 fevral

00:30. "Barselona" - "Atletiko" - 4:4

İdman.biz