Antoninin qırmızı vərəqəsi ləğv olunub

Xəbərlər
26 Fevral 2025 18:43
100
Antoninin qırmızı vərəqəsi ləğv olunub

"Betis"in futbolçusu Antoninin qırmızı vərəqəsi ləğv olunub.

İdman.biz xəbər verir ki, o, İspaniya La Liqasının növbəti turunda "Real"a qarşı forma geyinə biləcək.

25 yaşlı hücumçu 25-ci turda "Xetafe" ilə qarşılaşmanın son dəqiqələrində meydandan qovulub. La Liqada aparılan araşdırmadan sonra qırmızı vərəqənin ləğvinə qərar verilib. "Mançester Yunayted"dən icarəyə götürülən futbolçu 2:1 hesabı ilə başa çatan görüşdə bir ötürmə ilə yadda qalıb. Antoni növbəti turda "Real"a qarşı oyunda komandasına kömək edə biləcək.

Qeyd edək ki, braziliyalı forvard "Betis"in heyətində 6 oyunda 3 qol və 2 ötürmə verib.

İdman.biz