Holand Nistelroyun nəticəsini təkrarlayıb

Xəbərlər
27 Fevral 2025 00:37
58
Holand Nistelroyun nəticəsini təkrarlayıb

"Mançester Siti"nin futbolçusu Erlinq Holand İngiltərə Premyer Liqasında Ruud Nistelroyun nəticəsini təkrarlayıb.

İdman.biz xəbər verir ki, norveçli forvard ilk 3 mövsümündə 20 qol vurmağı bacarıb.

Erlinq 27-ci turda "Tottenhem"ə qarşı oyunun 12-ci dəqiqəsində hesabı açıb. O, əvvəlki mövsümlərdə Premyer Liqada müvafiq olaraq, 36 və 27 qol vurub.

Qeyd edək ki, niderlandlı hücumçu Nistelroy 2001-2004-cü illərdə ardıcıl 3 mövsümdə 20-dən çox qol vurub.

İdman.biz