"Yuventus"dan kuboka vida - VİDEO

Xəbərlər
27 Fevral 2025 02:10
54
"Yuventus"dan kuboka vida - VİDEO

İtaliya kubokunda sonuncu yarımfinalçı bəlli olub.

İdman.biz xəbər verir ki, "Yuventus" öz meydanında "Empoli" ilə qarışılaşıb.

90 dəqiqə ərzində komandalar hərəyə 1 dəfə fərqləniblər. Yekunda qalib penalti seriyasında müəyyənləşib. Daha dəqiq olan "Empoli" adını yarımfinala yazdırıb. Kubokun son qalibi olan "Yuventus" isə mübarizəni daha erkən dayandırıb.

"Empoli" finala gedən yolda "Bolonya" ilə qarşılaşacaq. Yarımfinalın digər cütündə "Milan"la "İnter" qarşılaşacaq.

İtaliya kuboku
1/4 final
26 fevral

00:00. "Yuventus" - "Empoli" - 1:1, pen. 2:4

İdman.biz