"Fənərbaxça" və "Qalatasaray" pley-offda - VİDEO

Xəbərlər
27 Fevral 2025 22:43
48
"Fənərbaxça" və "Qalatasaray" pley-offda - VİDEO

Türkiyə kubokunda qrup mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, "Fənərbaxça" və "Qalatasaray" pley-offa yüksəlib.

Səfərdə "Qaziantep"ə 4:1 hesabı ilə qalib gələn Joze Mourinyo qrup qalibi kimi 1/4 finala vəsiqə qazanıb. "Qalatasaray" isə bu şansı qaçırıb. Komanda öz meydanında "Konyapor"un müqavimətini qıra bilməyib. "Sarı-qırmızılar" "Başakşehir"lə eyni xal toplasalar da, əlavə göstəricilərə görə pley-offda oynamaq hüquq əldə ediblər.

Türkiyə kuboku
Qrup mərhələsi, 3-cü tur
B qrupu

17:00. "Qazinatep" - "Fənərbaxça" - 1:4

17:00. "Erzurumspor" - "İstanbulspor" - 0:3
17:00. "Kasımpaşa" - "Göztepe" - 0:5

"Fənərbaxça" - 9, "Göztepe" - 9, "İstanbulspor" - 6, "Qazinatep" - 3, "Erzurumspor" - 0, "Kasımpaşa" - 0 xal.

C qrupu
20:00. "Eyüpspor" - "Başakşehir" - 0:0
20:00. "Qalatasaray" - "Konyaspor" - 0:0

"Konyaspor" - 7, "Qalatasaray" - 5, "Başakşehir" - 5, "Eyüpspor" - 4, "Çorum" - 3, "Boluspor" - 0 xal.

İdman.biz