"Barselona"nın hücumçusu Vitor Roke "Palmeyras"a keçib.
İdman.biz xəbər verir ki, bu barədə hər iki klubdan rəsmi açıqlama verilib.
20 yaşlı hücumçu "yaşıllar"la 2029-cu ilin sonunda kimi müqavilə bağlayıb. "Palmeyras"ın Rokenin keçidinə görə, 25 milyon avro transfer məbləği və əlavə 4,5 milyon bonus ödəyəcəyi bildirilib.
Qeyd edək ki, Vitor ötən ilin yayında "Barselona"ya keçmişdi. O, yaydan etibarən icarə əsasında "Betis"də oynayıb və 33 oyunda 7 qol, 2 ötürmə ilə yadda qalıb.
İdman.biz