Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçılara tətbiq olunan topu əldə saxlama qaydasına dəyişiklik edib.
İdman.biz xəbər verir ki, IFAB-ın mətbuat xidmətinin açıqlamasında bu müddətin 6 saniyədən 8-ə yüksəldiyi bildirilib.
Yeni qaydalara görə, qolkiperlər 8 saniyə qaydasını pozarsa, hakim küncə zərbəsi təyin etmək hüququna malik olacaq. Yenilik 20025/2026 mövsümündən tətbiq edilməyə başlayacaq.
Qaydaya görə, hakimlər səkkiz saniyədən beşini vizual hesablamağa borcludur.
Qeyd edək ki, əvvəllər qapıçılar topu tələb olunan 6 saniyədən çox saxlayanda sərbəst zərbə təyin olunurdu.
İdman.biz