İspaniyalı hücumçu Alvaro Neqredo peşəkar karyerasını son qoyub.
İdman.biz xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Neqredo 39 yaşında bu addımı atıb. Alvaro karyerası ərzində "Sevilya", "Mançester Siti", "Valensiya", "Beşiktaş", "Kadis", "Almeriya", "Midlsbro" kimi klubların formasını geyinib. Onun çıxış etdiyi son komanda "Valyadolid" olub.
Qeyd edək ki, Neqredo İspaniya yığmasının heyətində AVRO-2012-nin çempion titulunu qazanıb. O, karyerası ərzində 695 matçda 259 qol vurub, 85 ötürmə verib.
İdman.biz