Neymar ilyarımdan sonra Braziliya yığmasına dəvət alıb.
İdman.biz xəbər verir ki, 33 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsində çıxış etmək imkanı qazanıb.
O, sonuncu dəfə 2023-cü il oktyabrın 18-də "pentakampeonlar"ın heyətində meydana çıxıb. Neymarın 1 hissə oynnadığı qarşılaşmada braziliyalılar Uruqvay yığmasına 0:2 hesabı ilə uduzublar. Ulduz futbolçu yanvarın sonunda "Əl-Hilal"ı "Santos"a dəyişib.
Qeyd edək ki, Braziliya millisi martın 21-də Kolumbiya, 25-də isə Argentina komandaları ilə qarşılaşacaq.
İdman.biz