9 qurtarış Alison Bekeri həftənin ən yaxşısı edib

Xəbərlər
6 Mart 2025 21:37
27
9 qurtarış Alison Bekeri həftənin ən yaxşısı edib

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu bəlli olub.

İdman.biz xəbər verir ki, "Liverpul"un qapıçısı Alison Beker mükafata layiq görülüb.

Braziliyalı qolkiper səfərdə PSJ-yə 1:0 hesablı qələbənin qazanılmasında böyük pay sahibi olub. Alison 9 qurtarışla görüşün qəhrəmanı olub. O, səsvermədə Harri Keyn ("Bavariya"), Rodriqo ("Real"), Martin Edeqoru ("Arsenal") arxada qoyub.

Qeyd edək ki, turnirdə 1/8 finalın cavab matçları ayın 11-12-də baş tutacaq.

İdman.biz