"Barselona"nın qapıçısından boşanma qərarı

Xəbərlər
6 Mart 2025 22:21
24
"Barselona"nın qapıçısından boşanma qərarı

"Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen həyat yoldaşından boşanıb.

İdman.biz xəbər verir ki, almaniyalı qolkiper bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Mark-Andre uzun illər münasibətdə olduğunu Daniela Yele ilə 2017-ci ildə nigaha girib. Onların Ben (4 yaş) və Tom (1 yaş) adlı iki övladı var. Qapıçı paylaşımda ayrılıq qərarının hər iki tərəf üçün doğru olduğunu və insanlardan onların bu qərarına hörmətlə yanaşılmasını xahiş edib.

Qeyd edək ki, 32 qapıçı 2014-cü ildən "Barselona"nın şərəfini qoruyur.

İdman.biz