Fabio Kapello Kriştianonu ən yaxşı hesab etmir

Xəbərlər
6 Mart 2025 23:30
27
Fabio Kapello Kriştianonu ən yaxşı hesab etmir

İtaliyalı məşhur məşqçi Fabio Kapello özünü futbol tarixinin ən yaxşısı adlandıran Kriştiano Ronaldo ilə razılaşmayıb.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis portuqaliyalı futbolçunu ən yaxşılar sırasına daxil etməyib.

"Kriştiano əla bacarıqları olan böyük futbolçudur. Əgər fenomen futbolçulardan danışıramsa Messi, Pele və Maradonanın adını çəkirəm. Ronaldo ilə bir sıraya digər Ronaldonu qoyuram. Bu titulu iddia edən biri özünü belə adlandıran zaman öz mühakiməsi ilə hərəkət edir və başqalarına qulaq asmır. Məncə, o, bir az şişirdib", deyə Kapello açıqlmasında bildirib.

Qeyd edək ki, Kriştiano az əvvəl verdiyi müsahibədə özünü bütün dövrlərin ən yaxşısı adlandırmışdı.

İdman.biz