Superkompüter ÇL-in favoritini açıqlayıb

Xəbərlər
7 Mart 2025 00:43
33
Superkompüter ÇL-in favoritini açıqlayıb

Opta Sports superkompüteri klubların Çempionlar Liqası kubokunu qazanmaq şanslarını yenidən hesablayıb.

İdman.biz xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyunlarından sonra "Liverpul" ilk pillədə qərarlaşıb.

"Qırmızlar"ın turnirdə qalib gəlmə ehtimalı 26%-ə yüksəlib. Bir neçə gün əvvəl komandanın qələbə şansı 19,2 faizə bərabər idi. "Barselona" və "İnter" növbəti pillələrdə qərarlaşıb.

Opta Sports superkompüterinin hesablaması:

1. "Liverpul" – 26%.
2. "Barselona" – 17,3%.
3. "İnter" – 15,5%.
4. “Arsenal” – 13,8%.
5. "Real" – 9,2%.
6. "Bavariya" – 8%.
7. PSJ – 3,1%.
8. “Atletiko” – 2,2%.
9. "Aston Villa" – 1,6%.
10. "Lill" – 1,5%.
11. "Bayer" – 0,6%.
12-13. "Benfika" - 0,5%.
12-13. "Borussiya" D - 0,5%.
14-15. "Feyenoord" - 0,1%.
14-15. "Brügge" - 0,1%.
16. PSV – 0%.