"Bavariya"nın hücumçu planı

Xəbərlər
7 Mart 2025 18:57
87
"Bavariya"nın hücumçu planı

"Bavariya" hücum xəttində yeniliklər etməyi planlaşdırır.

İdman.biz xəbər verir ki, Münhen klubu Benyamin Şeşko və Viktor Qyokereşlə maraqlanır.

Komandanın əsas hücumçusu 31 yaşlı Harri Keynin gələcək əvəzedicisi axtarılır. Bundan başqa, "Bavariya"da 35 yaşlı Tomas Müllerlə növbəti mövsümdə yolların ayrılması ehtimal olunur. Digər hücumçu Matis Tel isə icarə əsasında "Tottenhem"də çıxış edir və londonluların 60 milyon avro qarşılığında onu transfer etməsi gözlənilir.

Qeyd edək ki, cari mövsümdə Şeşko "Leypsiq", Qyokereş isə "Sportinq"də uğurlu çıxışı ilə diqqəti çəkir.

İdman.biz