İspaniya La Liqasında "Barselona" - "Osasuna" oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
İdman.biz xəbər verir ki, Kataloniya klubunun həkimi dünyasını dəyişib.
Oyundan əvvəl meydan sahiblərinin həkimi Karles Minyorra Qarsiya vəfat edib. "Barselona"dan verilən açıqlamada onun ailəsi və dostlarına başsağlığı verib.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 00:00-da başlamalı idi.
İdman.biz