Ceremi Frimponq yayda "Bayer"i tərk etmək arzusundadır.
İdman.biz xəbər verir ki, o, "Real" və ya "Barselona"ya keçmək istəyir.
Niderlandlı cinah müdafiəçisi ilə İngiltərə klubları da maraqlanır. Amma Frimponq Premyer Liqanın sərt olduğunu əsas gətirərək, ispan nəhənglərinin təklifini dəyələndirmək niyyətindədir.
Qeyd edək ki, Frimponq ötən mövsümdə Almaniya çempionu olub. Cari mövsümdə 24 yaşlı futbolçu meydana çıxdığı 38 matçda 3 qol və 10 ötürməlik statistikaya imza atıb.
İdman.biz