Virgil van Deyk "Liverpul"la yeni müqavilə ilə danışıqların davam etdiyini deyib.
İdman.biz xəbər verir ki, o, hələlik yekun qərar verilmədiyini bildirib.
Niderlandlı müdafiəçinin sözlərinə görə, gələcəyi ilə bağlı hər hansı qərara gəlmədiyini vurğulayıb: "Hazırda heç nə məlum deyil. Danışıqlar dayandırılmayıb. Bu mövsümdə hələ 10 oyunumuz var. Mən bu görüşlərə köklənmişəm".
Qeyd edək ki, 33 yaşlı futbolçunun müqaviləsi bu ilin yayında bitəcək. O, 2018-ci ildən "Liverpul"da çıxış edir.
İdman.biz