Qallaherdən iki rekord - 28-ci saniyədə

Xəbərlər
13 Mart 2025 01:17
25
Qallaherdən iki rekord - 28-ci saniyədə

"Atletiko"nun yarımmüdafiəçisi Konor Qallaher Çempionlar Liqasının tarixinə iki rekordla düşüb.

İdman.biz xəbər verir ki, o, 1/8 finalın cavab matçının 28-ci saniyəsində "Real"ın qapısına yol tapmaqla buna nail olub.

Bu, "Atletiko"nun Çempionlar Liqasında ən erkən qolu olub. Digər rekord isə Qallaherin turnirdən ən erkən qol vuran ingilis futbolçu kimi tarixə düşməsinə şərait yaradıb.

Qeyd edək ki, Konorun qolu hazırda davam edən oyunda yeganədir. İlk matç "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz