UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarının ən yaxşı futbolçusu bəlli olub.
İdman.biz xəbər verir ki, PSJ-nin qapıçısı Canluici Donnarumma qalib seçilib.
İtaliyalı qapıçı UEFA-nın azarkeşlər arasında keçirilən sorğuda Harri Keyn (“Bavariya”), Marko Asensio (“Aston Villa”) və Emre Canı (“Borussiya”) qabaqlayıb.
Qeyd edək ki, Donnarumma PSJ-nin mərhələ adlamasında böyük pay sahibi olub. O, "Liverpul"la səfərdəki cavab matçında komandasının 1:0 hesablı qələbə qazanmasına kömək edib. Bundan başqa, italiyalı penaltilər seriyasında 2 zərbəni dəf edib.
İdman.biz