17 yaşlı istedad "Çelsi"də

Xəbərlər
14 Mart 2025 19:39
27
17 yaşlı istedad "Çelsi"də

"Sportinq"in gənc oyunçusu "Çelsi"nin maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, Covani Kendanın transfer qiyməti 45-50 milyon avrodur.

London klubu 17 yaşlı yarımmüdafiəçi ilə 2033-cü ilə kimi müqavilə imzalayacaq. Razılaşmaya əsasən, Kenda 2025/2026 mövsümünü "Sportinq"in heyətində keçirdikdən sonra "Çelsi"yə qoşulacaq. Qvineya-Bisauda doğulan futbolçu Portuqaliya yığmasında oynamağı seçib.

Qeyd edək ki, Covani bi mövsümdə 43 oyunda iki qol və səkkiz ötürmə ilə yadda qalıb.

İdman.biz