Türkiyəli futbolçu Cenk Tosun karyerasını Yaponiyada davam etdirməyə yaxındır.
İdman.biz xəbər verir ki, 33 yaşlı forvard "Urava Red Diamonds"la anlaşıb.
Cenk "Fənərbaxça" ilə müqavilənin pozulması istiqamətində danışıqları yekunlaşdırıb. Türkiyə mətbuatı tərəflərin yaxın günlərdə bununla bağlı rəsmi açıqlama yayacağını yazıb.
Qeyd edək ki, Tosun bu mövsümdə 17 oyunda iki qol vurub və bir ötürmə verib.
İdman.biz