Erlinq Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb.
İdman.biz xəbər verir ki, "Mançester Siti"nin hücumçusu qol+pas göstəricisində 100 xal həddinə ən tez çatan futbolçu olub.
Norveçli forvard 94-cü oyununda bu uğurla yadda qalıb. Holand 29-cu turda "Brayton"un qapısına penaltidən yol tapmaqla tarixi nəticəyə imza atıb. O, ingilis əfsanə Alan Şirerin 100 matçda əldə etdiyi nailiyyəti yaxşılaşdırıb.
Qeyd edək ki, Erlinq İngiltərə çempionatında 84 qol vurub və 16 ötürmə verib.
İdman.biz