Avtoqol, qaçırılan penalti və qələbə top - Üçü birində

Xəbərlər
16 Mart 2025 01:14
42
Avtoqol, qaçırılan penalti və qələbə top - Üçü birində

"Malyorka"nın hücumçusu Vedat Muriqi İspaniya La Liqasında maraqlı göstəricilərə imza atıb.

İdman.biz xəbər verir ki, kosovolu futbolçu "Espanyol"la qarşılaşmada 3 dəfə diqqət mərkəzinə düşüb.

O, əvvəlcə matçın 53-cü dəqiqəsində avtoqalla yadda qalıb. Muriqi 9 dəqiqə sonra günahını yumaq şansı qazansa da, penaltini dəqiq yerinə yetirə bilməyib. Əvəzində Vedat 90+7-ci dəqiqədə komandasının qələbə topunun müəllifi olub - 2:1. 30 yaşlı forvard bu dəfə "ağ nöqtə"dən dəqiq olub.

Qeyd edək ki, Muriqi bu mövsümdə 23 oyunda 7 qol və 2 ötürmə ilə yadda qalıb.

İdman.biz