"Qızıl top-2025": Salah yerini Rafinyaya verib

Xəbərlər
17 Mart 2025 18:55
44
"Qızıl top-2025": Salah yerini Rafinyaya verib

Çempionlar Liqasının 1/4 finalından sonra “Goal” nəşrinin 2025-ci ildə “Qızıl top” mükafatına əsas namizədlər siyahısında dəyişiklik olub.

İdman.biz xəbər verir ki, "Liverpul"un mübarizəni dayandırmasından sonra Mohamed Salah liderliyi əldən verib.

Hazırda siyahıya "Barselona"nın hücumçusu Rafinya başçılıq edir. Onu "Real"dan Kilian Mbappe və komanda yoldaşı Lamin Yamal izləyir. Salah 6-cı pilləyədək geriləyib.

"Qızıl topu" qazanmağa 10 namizəd:

1. Rafinya Dias ("Barselona", İspaniya)
2. Kilian Mbappe ("Real", İspaniya)
3. Lamin Yamal ("Barselona", İspaniya)
4. Harri Keyn ("Bavariya", Almaniya)
5. Usman Dembele (PSJ, Fransa)
6. Mohamed Salah "Liverpul, İngiltərə)
7. Pedri ("Barselona", İspaniya)
8. Robert Levandovski ("Barselona", İspaniya)
9. Vinisius Junior ("Real", İspaniya)
10. Cud Bellingem ("Real", İspaniya)

İdman.biz