Gənc yarımmüdafiəçi 2 ay yaşıl sahələrdən kənarda qalacaq

Xəbərlər
17 Mart 2025 20:38
32
Gənc yarımmüdafiəçi 2 ay yaşıl sahələrdən kənarda qalacaq

İspaniya yığması və "Barselona"nın yarımmüdafiəçi Mark Kasado zədələnib.

İdman.biz xəbər verir ki, gənc futbolçu ölkə yığmasının heyətindən çıxarılıb.

O, dünən "Atletiko" (4:2) ilə dünən keçirilmiş qarşılaşmada zədələnib və 67-cı dəqiqədə əvəzlənib. Markın təxminən 2 ay müalicə olunacağı xəbərləri yayılıb. 21 yaşlı yarrımmüdafiəçinin mövsümün sonuna kimi meydana çıxması sual altındadır.

Qeyd edək ki, Kasado bu mövsümdə 36 oyunda 1 qol və 6 ötürmə ilə yadda qalıb.

İdman.biz