Madrid "Atletiko"sunun prezidenti Enriko Sereso UEFA-nı tənqid edib.
İdman.xəbər verir ki, o, COPE radiosuna müsahibəsində qurumun işindən narazı olduğunu deyib.
"Siz UEFA-nın və digər idman qurumlarının necə işlədiyini bilirsiniz. Nəticədə oyun bitdiksən sonra hər şey olduğu kimi qalır və heç kim matçı yenidən keçirmir. Bildiyim qədər də heç vaxt oyun təkrarlanmayıb. Biz öz gücümüz daxilində etiraz edir, müzakirələr aparır və bacardığımız edirik, amma nəticə dəyişməz qalır".
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" - "Real" cavab matçında penalti seriyası zaman hakim Xulian Alvaresin topa iki dəfə toxunduğunu əsas gətirərək, qolu ləğv edib. Bundan sonra "Atletiko" UEFA-ya şikayət məktubu ünvanlayıb.
İdman.biz