Yeni müqavilə, yeni maaş

Xəbərlər
18 Mart 2025 01:08
23
Yeni müqavilə, yeni maaş

"Barselona" Jül Kunde ilə yeni müqavilənin müzakirəsini başa çatdırmaq üzrədir.

İdman.biz xəbər verir ki, fransalı müdafiəçi ilə 2030-cu ilin yayına kimi razılıq əldə olunub.

Kunde ilə klub arasındakı hazırki müqavilə 2027-ci ildə bitəcək. Kataloniyalılar onun çıxışında razıdırlar. Yeni razılaşmaya görə futbolçunun məvacibində artım gözlənilir.

Qeyd edək ki, Jül bu mövsümdə bütün turnirləd 43 oyunda 3 qol və 8 ötürmə ilə yadda qalıb.

İdman.biz