"Mançester Yunayted" ciddi dəyişikliklər astanasında

Xəbərlər
18 Mart 2025 19:37
29
"Mançester Yunayted" ciddi dəyişikliklər astanasında

Uğursuz mövsüm keçirən "Mançester Yunayted" yayda ciddi dəyişikliklər etmək arzusundadır.

İdman.biz xəbər verir ki, komanda ən azı 6 futbolçusu ilə yollarını ayırmağı planlaşdırıb.

Yeni transferlərə büdcə formalaşdırmaq üçün Viktor Lindelöf, Kazemiro, Kristian Eriksen və Kobbi Maynunun satışı mümkündür. Bundan başqa, icarə əsasında "Aston Villa"da oynayan Markus Reşford və "Betis"də çıxış edən Antoninin satışı klubun transfer siyasətinə dəstək olacaq.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 29-cu turdan sonra 37 xalla 13-cü pillədə qərarlaşıb. Komanda Avropa Liqasında isə 1/4 finala vəsiqə qazanıb.

İdman.biz