"Arsenal"ın müdafiəçisinə Səudiyyə Ərəbistanından təklif var

Xəbərlər
19 Mart 2025 01:22
13
"Arsenal"ın müdafiəçisinə Səudiyyə Ərəbistanından təklif var

"Arsenal"ın müdafiəçisi Qabriel Maqalyaeş Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, "Əl-Nəsr" yayda braziliyalı futbolçunu heyətinə cəlb etmək istəyir.

Səudiyəlilər bunun üçün Qabriel yüksək məbləğdə maaş təklif edəcəklər. Onlar müdafiəciyə "Arsenal"da qazandığından 3 dəfə çox - 20 milyon məvacib verməyə hazırdırlar. London klubu braziliyalını 100 milyon avrodan ucuz satmaq niyyətində deyil.

Qeyd edək ki, "Arsenal" 27 yaşlı oyunçu ilə yeni müqavilə bağlamaq arzusundadır. Qabriel mövsümün sonunda qərar verəcəyini açıqlayıb.

İdman.biz