Dibala mövsümü bitirib

Xəbərlər
20 Mart 2025 19:14
44
Dibala mövsümü bitirib

"Roma" və Argentina yığmasının futbolçusu Paulo Dibala üçün mövsüm bitib.

İdman.biz xəbər verir ki, o, yaxın günlərdə cərrahiyə əməliyyatı keçirəcək.

Roma klubundan yayılan açıqlamada aparılan müayinələrdən sonra bu, ən uyğun variant hesab olunub. Dibala İtaliya A Seriyasında 29-cu turunun "Kalyari" ilə matçın 75-ci dəqiqəsində zədələnib.

Qeyd edək ki, argentinalı yarımmüdafiəçi bu mövsümdə "Roma"nın heyətində meydana çıxdığı 36 oyunda 8 qol vurub, 4 ötürmə verib.

İdman.biz