Millətlər Liqası: Almaniyadan geridönüş, Niderlandda 4 qol - YENİLƏNİB

Xəbərlər
21 Mart 2025 01:45
123
Millətlər Liqası: Almaniyadan geridönüş, Niderlandda 4 qol - YENİLƏNİB

Bu gün Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start verilib.

İdman.biz xəbər verir ki, mükafat uğrunda mübarizə aparan A Liqasının ən güclü 8 komandası 1/4 finalda üz-üzə gəlib.

Avropa çempionu İspaniya erkən qol vurmasına baxmayaraq, Niderlandda məğlubiyyətdən son anlarda qaça bilib. Oyun 2:2 hesabı ilə yekunlaşıb.

Fransa Xorvatiyada, Portuqaliya isə Danimarkada uduzub. İtaliya öz meydanında Almaniya ilə bacarmayıb. Bundestim fasilədən sonra geridönüş edib.

Millətlər Liqası
20 mart
1/4 final, ilk oyunlar

23:45. Niderland – İspaniya - 2:2
Qollar: Qapko, 28. Reynders, 46 - Niko Uilyams, 9. Merino, 90+3

23:45. Xorvatiya – Fransa - 2:0
Qollar: Budimir, 26. Perişiç, 45+1

23:45. Danimarka – Portuqaliya - 1:0
Qol: Hoylund, 79

23:45. İtaliya – Almaniya - 1:2
Qollar: Tonali, 9 - Kleindienst, 49. Qoretska, 76

A Liqasına vəsiqə uğrunda pley-off
23:45. Ukrayna – Belçika - 3:1
23:45. Avstriya – Serbiya - 1:1
23:45. Yunanıstan – Şotlandiya - 0:1

B Liqasına vəsiqə uğrunda pley-off
23:45. Kosovo – İslandiya - 2:1
23:45. Bolqarıstan – İrlandiya - 1:2
23:45. Slovakiya – Sloveniya - 0:0

Qeyd edək ki, cavab oyunları martın 23-də keçiriləcək.

İdman.biz