"Mançester Siti" "Milan"ın formasını geyinən Tiyani Reynderslə maraqlanır.
İdman.biz xəbər verir ki, İngiltərə mətbuatı "şəhərlilər"in yayda bu transferi həyata keçirəcəyini yazıb.
Yarımmüdafiə xəttində dəyişiklik etməyi planlaşdıran baş məşqçi Pep Qvardiola 26 yaşlı futbolçunu heyətə cəlb etmək istəyir. İngilis klubu bu keçidə görə, 60 milyon avro ödəməyə hazırdır. Onun "Milan"la 2030-cu ilin yayına kimi müqaviləsi var.
Qeyd edək ki, Reynders bu mövsümdə 42 oyunda 13 qol vurub, 4 ötürmə verib.
İdman.biz