Ferran Torresin yenidən İngiltərədə oynamaq şansı yaranıb

Xəbərlər
22 Mart 2025 18:19
33
Ferran Torresin yenidən İngiltərədə oynamaq şansı yaranıb

"Barselona"nın hücumçusu Ferran Torres İngiltərə klublarının hədəfinə düşüb.

İdman.biz xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Mançester Yunayted", "Liverpul" və "Aston Villa" maraqlanır.

Kataloniyalıların baş məşqçisi Hans-Diter Flik İspaniya yığmasının üzvünün komandada qalmasının tərəfdarıdır. Amma klub rəhbərliyi 40 milyondan yuxarı təklif alacağı təqdirdə Ferranı satacaq. Bu satışdan sonra "Barselona" "Atletik"dən Niko Uilyamsı transfer etmək istəyir.

Qeyd edək ki, Torresin İngiltərə təcrübəsi var. O, "Mançester Siti"nin şərəfini qoyub. Ferran bu mövsümdə 32 oyunda 13 qol və 3 ötürmə ilə yadda qalıb.

İdman.biz