"Redinq" İngiltərə Futbol Liqalarında diskvalifikasiya oluna bilər.
İdman.biz xəbər verir ki, klubun sahibi Dai Yonqqe aprelin 5-dək klubu satmayacağı təqdirdə bu addım atılacaq.
Çinli biznesmen liqannın sahibkarlar və direktorlar qaydalarını pozub. London Məhkəməsi Yonqqe qeyri-müəyyən müddətə diskvalifikasiya edib. Buna səbəb Dainin Çindəki işləri ilə bağlı yaranmış suallar və çoxsaylı qayda pozuntularıdır.
Qeyd edək ki, "Redinq" İngiltərə 1-ci Liqasında 37 turdan sonra 59 xalla 8-ci pillədə qərarlaşıb.
İdman.biz