Bundesliqa təmsilçisi "Ştutqart" baş məşqçi Sebastyan Henneslə müqavilə müddətini artıracaq.
İdman.biz xəbər verir ki, tərəflər arasındakı yeni razılaşma 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
42 yaşlı mütəxəssis 2023-cü ildən komandaya başçılıq edir. Şvabiyalılar Hennesin rəhbərliyi ilə keçirdikləri 89 oyunda 49 qələbə qazanıblar. Onlar ötən mövsümdə Bundesliqanın gümüş medallarını qazanıblar.
Qeyd edək ki, 2024/2025 mövsümündə "Ştutqart" 26 turdan sonra 37 xal toplayb. Komanda 10-ci pillədə qərarlaşıb.
İdman.biz