Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Dzekonun burnu sınıb.
İdman.biz xəbər verir ki, 37 yaşlı forvard dünən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Rumıniya ilə oyunda zədələnib.
"Fənərbaxça"da çıxış edən futbolçu qarşılaşmanın fasiləsində əvəzlənib. Aparılan müayinələrdən sonra burnu sındığı bəlli olan Edin müalicəsini İstanbulda davam etdirəcək. Onun təxminən 10 gün yaşıl meydanlardan kənarda qalması gözlənilir.
Qeyd edək ki, Bosniya və Herseqovina qrup mərhələsinə qələbə ilə start verib. Dzekonun komandası səfərdə 1:0 hesabı ilə qalib gəlib.
İdman.biz