İtaliya A Seriyasında VAR-ın qərarları oyunlar zamanı azarkeşlərə açıqlanacaq.
İdman.biz xəbər verir ki, yeni qayda 30-cu turdan etibarən tətbiq olunacaq.
A Seriyanın direktoru Luici Di Siervo verdiyi açıqlamada şəffaflığın artırılması məqsədilə oyunlar zamanı stadionlardakı monitorlarda VAR-ın verdiyi qərarların nümayiş etdiriləcəyini bildirib.
Qeyd edək ki, yeni qaydadan İtaliya kubokunun yarımfinal və final matçlarında istifadə ediləcək.
İdman.biz