Premyer Liqada transfer pəncərəsi nə vaxt bağlanacaq?

Xəbərlər
24 Mart 2025 22:43
31
Premyer Liqada transfer pəncərəsi nə vaxt bağlanacaq?

İngiltərə Premyer Liqasının klubları transfer pəncərsinin mövsümün startına kimi bağlanmasını müzakirə edəcəklər.

İdman.biz xəbər verir ki, cümə axşamı bununla bağlı səsvermə keçiriləcək.

Verilən məlumatda transfer pəncərəsinin avqustun 14-də bağlanması müzakirəyə çıxarılacağı açıqlanıb. Premyer Liqaya ayın 16-da start veriləcək. Dəyişikliyin qəbulu üçün ən azı 14 klubun səsverməsi tələb olunur.

Yekun nəticə qitənin digər aparıcı çempionatlarının verəcəyi qərardan da asılı olacaq. Əgər Avropanın digər liqaları mövsümün startına kimi transfer pəncərəsini bağlasalar, bu amil bütün klubların işinə yarayacaq.

Qeyd edık ki, son illərdə Səudiyyə Ərəbistanında ulduz transferlərə çəkilən xərclər Avropa çempionatlarını çətin seçim qarşısında qoyub.

İdman.biz