PSV-nin futbolçusunda aktiv tüberküloz xəstəliyi tapılıb.
İdman.biz xəbər verir ki, Niderland mətbuatı bu oyunçunun Lukas Peres olduğunu yazıb.
İspaniyalı hücumçu qış transferi dövründə "Deportivo"dan Eyndhoven klubuna keçib. Yoluxma riski yüksək olduğundan 36 yaşlı futbolçu ilə ünsiyyətdə izolyasiya qaydalarına riayət olunur.
Qeyd edək ki, Peres komandanın heyətində 3 oyunda cəmi 24 dəqiqə forma geyinib.
İdman.biz