"Barsa"dan niderlandlı futbolçunun müqaviləsinə 80 milyonluq əlavə

Xəbərlər
25 Mart 2025 19:56
35
"Barsa"dan niderlandlı futbolçunun müqaviləsinə 80 milyonluq əlavə

"Barselona" Frenki de Yonqla yeni müqavilənin detalları ilə bağlı danışıqları davam etdirir.

İdman.biz xəbər verir ki, kataloniyalılar futbolçunun müqaviləsinə 80 milyon avro sərbəst qalma maddəsini əlavə etmək istəyirlər.

Bundan başqa, "Barsa" de Yonqun məvacibində azaltmaya getməsi ilə bağlı danışıqlar aparır. O, komandada ən çox qazanan 3-cü futbolçudur. Gələn il müqaviləsi bitəcək yarımmüdafiəçinin sərfəli təklif gələcəyi təqdirdə yayda satışı da mümkündür.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsümdə 29 oyunda iki qol vurub, bir ötürmə edib.

İdman.biz