Belçikalı futbolçu Yan Vertongen mövsümün sonunda karyerasını bitirəcək.
İdman.biz xəbər verir ki, 37 yaşlı futbolçu özü bu barədə məlumat verib.
Vertongen karyerası ərzində "Valviyk", "Benfika", "Ayaks" və "Tottenhem" kimi klubların şərəfini qoruyub. O, 2022-ci ildən "Anderlext"də oynayır.
Qeyd edək ki, Yan Belçika yığmasında 157 oyunda 10 qolla yadda qalıb. Vertongen DÇ-2018-də Yaponiya yığmasının qapısına yol tapıb.
İdman.biz