Lider "Bornmut"un 3 oyunçusuna "elçi düşüb"

Xəbərlər
25 Mart 2025 21:40
35
Lider "Bornmut"un 3 oyunçusuna "elçi düşüb"

"Liverpul" "Bornmut"un üç futbolçusu ilə maraqlanır.

İdman.biz xəbər verir ki, Miloş Kerkez, Din Heysene və Antuan Semeno "qırmızılar"ın maraq dariəsinə düşüb.

Mersisaydlılar bu transferlərin bir hissəsi kimi Ben Douku qarşı tərəfə təklif edəcəklər. Gənc Kerkezə 31 yaşlı müdafiəçi Endryu Robertsonun əvəzedici kimi baxılır. Digər iki oyunçu isə yayda müqaviləsi bitəcək Virgil Van Deyk və Mohammed Salahı əvəz edə bilər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 70 xalla 1-ci, "Bornmut" isə 44 xalla 10-cu pillədə qərarlaşıb.

İdman.biz