"Fənərbaxça"dan 10 milyonluq transfer

Xəbərlər
25 Mart 2025 22:17
35
"Fənərbaxça"dan 10 milyonluq transfer

"Fənərbaxça" Milan Şkrinyarın transferi ilə bağlı PSJ ilə danışıqları yekunlaşdırıb.

İdman.biz xəbər verir ki, hazırda komandada icarə əsasında çıxış edən müdafiəçi mövsümün sonunda komandada qalacaq.

İstanbul təmsilçisi slovakiyalı müdafiəçinin transferinə görə 10 milyon avro ödəyəcək. Şkrinyarla 4 illik müqavilə bağlanması gözlənilir.

Qeyd edək ki, qışda "Fənərbaxça"ya keçən Milan 12 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

İdman.biz