Messidən təbrik: "Bizim komanda həmişə sözünü futbolla deyir"

Xəbərlər
26 Mart 2025 19:43
54
Messidən təbrik: "Bizim komanda həmişə sözünü futbolla deyir"

Lionel Messi Argentina yığmasını DÇ-2026-nın seçmə mərhələsində qazandığı qələbələr münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ku, ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

"Meydandan və ondan kənarda, bizim komanda həmişə sözünü futbolla deyir. Komandanı bu gecə keçirilmiş oyundakı əla qələbə və Uruqvay görüşdəki uğur münasibətilə təbrik edirəm", - deyə Messi paylaşımnda yazıb.

Qeyd edək, Messi zədə üzündən Argentina yığmasının son iki matçında iştirak etməyib. Komanda Uruqvaya 1:0, Braziliyaya isə 4:1 hesabları ilə qalib gəlib. Bu nəticələrdən sonra son dünya çempionu Cənubi Amerika zonasında final mərhələsinə vəsiqə qazanan ilk milli olub.

İdman.biz