Portuqaliyalı hücumçu Joao Feliks yayda "Qalatasaray"a keçə bilər.
İdman.biz xəbər verir ki, futbolçunun meneceri Jorje Mendeş məsələ ilə bağlı onun məxsus olduğu "Çelsi"ni məlumatlandırıb.
Londonlular yayda "Milan"a icarəyə verilən 25 yaşlı forvardı bu dəfə satmaq niyyətindədirlər. "Qalatasaray" da Feliksi icarəyə götürmək və 9 milyonluq məvacibinin bir hissəsini ödəməyi təklif edib. "Çelsi" isə müqavilədə məcburi transfer maddəsinin əlavə olunmasında israr edir.
Qeyd edək ki, Joao "Milan"ın heyətində 10 oyunda bir qol və bir ötürmə ilə yadda qalıb. "Rossoneyerilər" mövsümün sonunda portuqaliyalı ilə vidalaşacaqlarını bildiriblər.
İdman.biz