Premyer Liqanın sonuncusu 118 milyon avro tələb edir

Xəbərlər
27 Mart 2025 01:32
45
Premyer Liqanın sonuncusu 118 milyon avro tələb edir

"Mançester Siti" İngiltərə gənclər yığmasının futbolçusu Tayler Diblinqlə maraqlanır.

İdman.biz xəbər verir ki, "şəhərlilər" yayda "Sautgempton"da çıxış edən vingeri heyətə cəlb etmək istəyirlər.

19 yaşlı futbolçu İngiltərənin aparıcı klublarının hədəfinə düşüb. Amma onun çıxış etdiyi klubun tələb etdiyi rəqəm kifayət qədər yüksəkdir. Premyer Liqanın sonuncusu "Sautgempton" Diblinqi 118 milyon avroya satmamağı planlaşdırıb.

Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsümdə 30 oyunda meydana çıxıb. O, dörd qol və iki ötürmə ilə yadda qalıb.

İdman.biz